AZ

Trampın qələbəsi: Mask bir günə, görün, nə qədər qazandı

Dünyanın ən varlı 10 adamının sərvəti Donald Trampın qələbəsindən sonra ümumilikdə rekord həddə - 63,5 milyard dollar artıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, seçkilərin nəticələrindən ən çox qazanan İlon Mask olub. Trampın qələbəsindən sonra onun sərvəti 10,1% (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb.

“Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos bir gündə 7,14 milyard dollar, “Oracle” korporasiyasının rəhbəri Larri Ellison isə 9,88 milyard dollar qazanıb.

Trampın qələbəsindən faydalananlar arasında Maykrosoftun təsisçisi Bill Qeyts, korporasiyanın keçmiş baş direktoru Stiv Balmer, Quqlun təsisçiləri qurucuları Larri Peyc və Sergey Brin, “Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffett və kriptovalyuta birjasının rəhbərləri Brayan Armstronq və Çjanqpen Çjao da var.

Seçilən
7
2
axar.az

2Mənbələr