AZ

Biz problemləri gələcək nəsillərə qoymadıq



"Biz çoxları üçün mümkünsüz görünən, mümkünsüz olanı mümkünə çevirdik və 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə bu problemi gələcək nəsillərə buraxmadı:

"Eyni zamanda tarixi qələbə ilə Azərbaycan separatçılığa birdəfəlik son qoydu".

Qüdrət Həsənquliyevin sözlərinə görə, tarixi qələbəmizin xüsusi önəmi ondan ibarətdir ki, biz 44 günlük müharibədə təkcə Ermənistana qarşı deyil, eyni zamanda regionda maraqları olan, Ermənistana havadarlıq edən xarici güclərə qarşı da mübarizə aparırdıq.

Süleyman
Seçilən
10
newscenter.az

1Mənbələr