“Tehran regionda nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, lakin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü nəzərə alır”.
Modern.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani “Ermənistan-İran: əməkdaşlıq prosesi və yeni perspektivlər” adlı ekspert deyib.
Onun sözlərinə görə, İranın “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi aydındır: Tehran istənilən geosiyasi dəyişikliklərə və dəhliz məntiqinə qarşıdır.
“İranla Ermənistan arasında münasibətlərin möhkəm təməli var: biz əsrlər boyu yan-yana yaşayan və mehriban əlaqələri olan qonşularıq. Mən heç kimin iki ölkənin maraqlarına zidd addımlar ata biləcəyini düşünmürəm”, - deyə Sobhani bildirib.
O, həmçinin vurğulayıb ki, əvvəllər İran və Ermənistan arasında ikitərəfli münasibətlər də xarici amillərin təsiri olmadan inkişaf edib.