AZ

Qələmin Vətənə borcu

Manya Səxavətqızı Azərbaycanın şəhidlərinə həsr etdiyi əsərlərlə tanınan yazıçıdır. Şəhid ailələri və cəmiyyət üçün mənəvi əhəmiyyət kəsb edən bu əsərlər, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Manya Səxavətqızının yaradıcılığı yalnız ədəbiyyat deyil, vətənə olan borcunu ödəmək üçün bir fəryaddır. Şəhidlərimizin xatirəsinə həsr etdiyi kitablarla o, onları yalnız ailələrinə deyil, bütün xalqa əbədi yaşadacaq bir miras bəxş edir. Yazıçının əsərləri qələm gücünün və milli sevginin təzahürüdür. "VƏTƏN FƏDAİLƏRİ" layihəsi ilə şəhidlərimizin hekayələri hər bir oxucu üçün əlçatandır və bu hekayələr Manya Səxavətqızının qələmindən gələn səmimiyyətlə yazılıb.

Manya Səxavətqızının fədakarlığı onu yalnız ədəbiyyatda deyil, həm də xalqın yaddaşında xüsusi yerə sahib edir. Kitablarını şəhid ailələrinə təmənnasız təqdim etməsi və hər təqdimatın dövlətin, ordunun dəstəyi ilə baş tutması onun əsərlərinin geniş rezonans yaratdığını göstərir. Manya Səxavətqızı bu kitabları yazarkən hər səhifədə şəhidlərin ruhunu yaşatmağın məsuliyyətini hiss edib. Hər cümlə və hər sətrə yurdun yarasına məlhəm olmaq istəyi hopub.

Bu kitablar satış üçün nəzərdə tutulmayıb, yalnız şəhidlərin adını yaşadanlara, onların ailələrinə və vətənə borcunu ödəmək istəyənlərə təqdim edilir. Yazıçı olaraq Manya Səxavətqızı bu addımı qələmin də Vətən üçün mübarizə aparacağını göstərir. Onun uğurları, o cümlədən “Simurq-2021” və "Qızıl Qələm" kimi mükafatları bu fəaliyyətə verilən dəyərin ifadəsidir.

Şəhidlərimizin xatirəsi Manya Səxavətqızının qələmi ilə əbədiləşir və gələcək nəsillərə çatdırılır.

 

Pərvanə Fərhadqızı

Seçilən
7
qht.az

1Mənbələr