AZ

Deputat: “İnsanların banklara olan inamı itib”

“Azərbaycanda insanların banklara olan inamı itib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib. 

O, indiyədək lisenziyası ləğv edilən banklardan danışıb və bildirib ki, buna görə də insanların banklara olan inamı itir.

“İnsanlar külli miqdarda vəsaiti evində saxlayır. Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. İnsanların banklara olan inamı bərpa edilməlidir”, - deputat əlavə edib.

Seçilən
5
1
iqtisadiyyat.az

2Mənbələr