Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədlinin səhhətində problem yaranıb.
Sənət adamları və məşhurlar onu ziyarət edərək dəstək olmağa çalışırlar.
News365.az-ın məlumatına görə, polkovnik-leytenant Ramil Səfərov Xəyyam Əhmədlinin yanına gedib.
Qəhrəman hərbçimiz meyxanaçının vəziyyəti ilə maraqlanıb.
Qeyd edək ki, Ramil Səfərov 2006-cı ildə Macarıstanda həbsdə olduğu zaman Xəyyam Əhmədli ona "Məmləkətim" adlı meyxana həsr etmişdi.