AZ

İndiyədək Konstitusiya Məhkəməsinin Plenumu 583 qərar və 168 qərardad qəbul edib

Fəaliyyət göstərdiyi ötən illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 583 qərar və 168 qərardad qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 29-cu ilinin tamam olması münasibətilə yazdığı məqalədə bildirib.

Konstitusiya Məhkəməsinin sədri əlavə edib ki, bu qərar və qərardadlarda əksini tapan hüquqi mövqelər dövlətin Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. “Qeyd edilməlidir ki, digər illərdə olduğu kimi, 2024-cü ildə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərar və qərardadlar qəbul edilib”, - F.Abdullayev məqalədə bildirib.

Seçilən
5
ikisahil.az

1Mənbələr