600-dən çox rusiyalı turist Yaponiyanın Yokohama limanında "Spectrum of the Seas" kruiz gəmisində ilişib qalıb.Layner Şanxaydan Yaponiyaya 7 günlük gəzintiyə yola düşmüşdü, dünən Şanxaya qayıtmalı və 9-da oraya çatmalı idi, lakin layner limanda ilişib qaldı. Turistlərin sözlərinə görə, kapitan hazırda gəmini təmir etmək üçün ehtiyat hissələri gözlədiklərini və bütün işlərdən sonra laynerin yenidən yola düşəcəyini bildirib. Laynerdə ruslardan başqa Çindən gələn 3 mindən çox turist var.Spectrum of the Seas Kral Karib donanmasının yeni gəmisidir. Spectrum of the Seas Asiya bazarı üçün tikilib və maksimum təxminən 4,900 sərnişin tutumu ilə Asiyada üzən ən böyük və ən innovativ gəmi hesab olunur.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Gənc jurnalist vəfat etdi
TDT-nin yeni bayrağı qəbul edildi
Alergiya yaradan qidalar