“Bank kreditləri kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir”.
Bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Çünki kreditlərin faizi buna imkan vermir. Kreditlərin faizləri aşağı salınsın və müddəti uzadılsın ki, insanlar sahibkarlıqla məşğul olsun.
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə 207 bank fəaliyyət göstərirdi, indi Mərkəzi Bankdan başqa 22 bank işləyir. Yeni bankların, o cümlədən regional, xarici ölkələrlə birgə bankların açılması vacibdir.
COP29 tədbirinə görə, Azərbaycana 100 min adam gələcək. Ölkədə isə 60-70 valyutadəyişmə məntəqəsi var. Belə çıxır ki, 100 min adam valyutanı dəyişmək üçün sıraya düzülüb gözləyəcək. Bu məntəqələrin sayı artırılmalıdır”, - deyə S.Novruzov əlavə edib.