AZ

Kredit faizləri aşağı salınsın - MM-də mühüm təklif

Kredit faizləri aşağı salınsın.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov çıxış edib.

Deputatın sözlərinə görə, bank kreditlərinin faizləri aşağı salınsın, müddəti uzadılsın ki, vətəndaşlar sahiblarlıqla məşğul olsunlar:

"Azərbaycanda Mərkəzi Bankdan başqa 22 bank fəaliyyət göstərir. Hesab edirəm ki, yeni bankların, xüsusən xarici banklarla əlaqəli fəaliyyət göstərən bankların açılmasına ehtiyac var. Banklar aztəminatlı ailələrə, onların övladlarının təhsil haqlarının ödənilməsinə kömək etsələr, yaxşı olar".


Müəllif: Şəbnəm Zahir
Seçilən
19
teleqraf.com

1Mənbələr