AZ

Kanadada "Tik-Tok"a qadağa qoyulub

 

Kanada da mərkəzi Çində olan sosial media platforması “Tik-Tok”a təhlükəsizlik riskləri səbəbindən qadağa qoyub.

Bu barədə Kanadanın innovasiya, elm və sənaye naziri Fransua-Filip Şampan açıqlama verib. O, “Tik-Tok” tətbiqinin Kanada üçün təhlükəsizlik riski yaratdığını ifadə edərək ölkədəki ticari fəaliyyətlərinin qadağan edildiyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını bildirib. Kanada vətəndaşlarının tətbiqi istifadə etməyə davam edə biləcəklərini deyən Şampan "Vətəndaşların kibertəhlükəsizliklərinə diqqət yetirmələri və sosial media tətbiqlərini istifadə etmənin potensial risklərini qiymətləndirmələri vacibdir" ifadələrini işlədib.

Kanada Təhlükəsizlik Kəşfiyyatı Xidmətinin (CSIS) rəhbəri Devid Vinyö “TikTok”un Çin hökuməti üçün bir informasiya kanalı olduğunu bildirərək vətəndaşlarını bu sosial şəbəkəni istifadə etməmələri üçün xəbərdar etmişdi.



Seçilən
30
3
trt.net.tr

4Mənbələr