"Şuşanın azad edilməsi hamımıza mənəvi güc verdi". SİA xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.Onun sözlərinə görə, Azərbaycanda ən böyük problemlərdən biri təhsildir: "Bu sahədə müəyyən qədər işlər görülsə də, problemlərin bir hissəsi hələ də qalmaqda davam edir. Azərbaycanda 150 mindən artıq müəllim çalışır. Əsas problem müəllimlərin işlədikləri yerdən çox uzaq yaşamalarıdır. Onların həm mənəvi, həm də fiziki yorğunluğunu təsəvvür edin. Bunu elə sistemləşdirməliyik ki, heç bir müəllim bunun sıxıntısını çəkməsin. Müəllim işdən çıxıb iki saata evinə çatır. Onun da ailəsi var, sosial problemləri var. Müəllimin bu vəziyyətini vaxtında həll edə bilməsək, təhsilimizə də böyük problemlər yaradacaq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta