AZ

İraqdakı şiə milis qrupu İsraildəki hərbi hədəfə hücum etdiyini açıqladı

İraqdakı şiə milis qrupu İsraildəki hərbi hədəfə hücum etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İraqdakı şiə milis güclərindən ibarət "İraqda İslami Müqavimət" adlı qrup pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İsraildəki hərbi hədəfi vurduğunu açıqlayıb.

Bu barədə "İraqda İslami Müqavimət" tərəfindən yazılı açıqlama verilib. Açıqlamada, İsrailin Fələstin və Livanda uşaq və qadınları qətlə yetirməsinə cavab olaraq, itkilərlə bağlı təfərrüatlar paylaşılmadan İHA ilə hərbi hədəfin vurulduğu ifadə edilib.

Qrup İsrail hədəflərinə qarşı hücumlarını davam etdirəcəyini bildirib və hücumun görüntülərini sosial şəbəkədə paylaşıb.

Bu arada Livandan atılan raketin bir israillinin ölümünə səbəb olduğu bildirilib.

İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Livandan Qərbi Qalileydəki Kfar Masarik qəsəbəsinə raket atılıb. Raket hücumundan təxminən bir saat sonra Kfar Masarykdə kənd təsərrüfatı sahəsində 18 yaşlı yeniyetmənin cəsədi tapılıb.

Bildirilib ki, gənc raket qəlpələrinə tuş gələrək dünyasını dəyişib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
25
turkustan.az

1Mənbələr