İrəvanla Bakı arasında sülh sazişinin bütün mətni üzrə hələ də razılıq yoxdur.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
O əlavə edib ki, iki ölkə liderlərinin və ya xarici işlər nazirlərinin mümkün görüşü barədə də razılıq yoxdur.
“Ancaq biz belə görüşlərin intensivliyində maraqlıyıq”, - deyə o qeyd edib.
İrəvanın Bakıda keçiriləcək COP-29 sammitindəki iştirakına toxunan nazir müavini qeyd edib ki, İrəvan bununla bağlı qərar verməyib.