AZ

Ağstafada ilan sancan hamilə xilas edilib

Bir müddət əvvəl Ağstafada ilan sancan 7 aylıq hamilə ana olub.

Bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, qadının ilan sancması səbəbilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi elə KTM-də dünyaya gəlib.

Oktyabrın 31-də Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji Patologiya şöbəsinə qəbul olunub. Daxil olduğu gündən noyabrın 6-na qədər ana müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.

Noyabrın 6-da isə ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən hamiləlik keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.

Çəkisi 3 kq, boyu 51 sm olan oğlan uşağı dünyaya gəlib.

Mərkəzdən bidirilib ki, hazırda ananın və körpənin vəziyyəti kafidir.
Seçilən
19
27
7news.az

10Mənbələr