AZ

Saxlanma Mərkəzində saxlanılan əcnəbi vəfat etdikdə necə dəfn olunacaq?

Saxlanma Mərkəzində saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə onun dəfni ilə bağlı yeni qayda müəyyən olunur.

Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), vəfat etdikdə, həmçinin onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara və aidiyyəti dövlət orqanlarına məlumat verilməsini təmin edir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.

Seçilən
10
8
adalet.az

8Mənbələr