AZ

Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi - Foto

Azərbaycan ordusunun zabiti Ramil Səfərov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib.BUTA.TV”nun məlumatına görə, polkovnik-leytenant Səfərov ötən gün yataq şəraitində müalicə alan meyxanaçının evinə gedib. Onlar birgə söhbət edib, foto çəkdiriblər. Ramil Səfərovun meyxanaçıya xüsusi rəğbətinin səbəbi isə Macarıstanda 8 il həbsdə olarkən Xəyyamın ona “Məmləkətim” və ya ikinci adı ilə “Hələ oğlun salamatdır”​ adlı mahnı bəstələməsidir. Həmin mahnı Ramil Səfərov həbsdə olduğu və sonrakı dövrdə də sevilərək dinlənilib.Qeyd edək ki, Xəyyam 1 ildən çoxdur ürək çatışmazlığından əziyyət çəkir.


Seçilən
1
5
buta.tv

9Mənbələr