AZ

Putin Trampı qeyri-rəsmi təbrik edib? - AÇIQLAMA

Rusiya lideri Vladimir Putinin Donald Trampı ABŞ-da keçirlmiş prezident seçkilərində qələbə çalması münasibətilə qeyri-rəsmi təbrik etməsi həqiqətə uyğun deyil.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Rusiya mətbuatına açıqlamasında "Bunlar etibarsız məlumatlardır" deyib.

Kreml rəsmisi noyabrın 6-da Rusiya hakimiyyəti və elitasının, o cümlədən prezident Vladimir Putinin Trampı -qeyri-rəsmi zənglə təbrik etməsi barədə məlumat verən “Verstka” jurnalının xəbərinə belə reaksiya verib .

“Verstka”nın parlamentdəki yüksək rütbəli həmsöhbəti iddia edir ki, təbrikləri xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Sberbank-ın rəhbəri German Qref, Dövlət Dumasının və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodin və Valentina Matvienko çatdırıblar.

“Verstka”nın Kremlə yaxın mənbəsi bildirib ki, qeyri-rəsmi təbriklər Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə göndərilib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı Donald Tramp qalib gəlib.

Seçilən
6
1
modern.az

2Mənbələr