AZ

ABŞ Ermənistanı "intihar"a sövq edir – Rusiya kəşfiyyatı

Vaşinqton israrla İrəvanı “milli intihar”a sürükləyir, Ermənistanı öz dəyərləri, ənənələri və sərfəli iqtisadi əlaqələrindən əl çəkməyə məcbur edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatında qeyd olunur.

“ABŞ-yə görə, erməni xalqı “sivil icma”ya qoşulmaq kimi “ali məqsəd”ə nail olmaq üçün öz adət-ənənələri, milli sosial əsasları və Ermənistanın Avrasiya İqtisadi Birliyindən olan ən yaxın tərəfdaşları ilə maraqları və iqtisadiyyatının dinamik artımını təmin edən sabit ticari-iqtisadi əlaqələrdən imtina etməklə bunun əvəzini ödəməlidir. Vaşinqton israrla Ermənistanı “milli intihar”a sövq edir”, - açıqlamada belə vurğulanır.

Rusiya kəşfiyyatı bildirir ki, ABŞ Dövlət Departamenti Ermənistanda siyasi cəmiyyətin qərbyönlü strukturlarının təşviqinə yönəlmiş işi sürətləndirib.

“ABŞ Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemləri rəhbər tutaraq, Ermənistanı inkişafın Qərb istiqamətinə yönəltmək istəyir”, - məlumatda deyilir.


Müəllif: Qənirə Süleymanova
Seçilən
29
teleqraf.com

1Mənbələr