AZ

Hüsilər Trampı hədələyib

Yəməndəki "Ənsar Allah" hərəkatından olan husilər ABŞ-da prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampa Qəzza sektorundakı münaqişədə İsraili dəstəkləməməyə çağırıb və əks halda, ABŞ iqtisadiyyatına zərər vurmağa davam edəcəklərini vəd ediblər. Bu barədə Newsweek jurnalı hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.


"Amerika Qəzzadakı təcavüzü və həmçinin İsrail tərəfdən Yəmənə qarşı təcavüzü dəstəklədiyinə görə iqtisadi və hərbi cəhətdən bunun bədəlini ödəyir,” –  ojurnal yazıb. 


Husilər ABŞ gəmilərinin Yəmən sahilləri yaxınlığında su ərazisindən keçməsinə imkan vermir və bu  "ABŞ vətəndaşlarının ABŞ administrasiyasının siyasəti səbəbindən yüksək qiymətlər ödəməsinə səbəb olur”.


"Sual açıq qalır: Tramp eyni siyasəti davam etdirəcəkmi, Amerikanın Yəmənə qarşı təcavüzü davam edəcəkmi? Əgər bu davam edərsə, ABŞ iqtisadiyyatı daha böyük itkilər verəcək,” – mənbə əlavə edib.


O, həmçinin, seçilmiş prezidentin münaqişələri sona çatdırmaq barədə seçkiöncəsi vədlərini yerinə yetirəcəyinə şübhə ilə yanaşdığını ifadə edib. 

 

"Biz düşünürük ki, Tramp Qəzzadakı təcavüzü dayandıracağına söz verdiyi ərəb seçiciləri və Qəzza tərəfdarları qarşısında öhdəliklərini yerinə yetirməyəcək, lakin bunu zaman göstərəcək”,   mənbə bildirib. 


www.anews.az
Seçilən
15
anews.az

1Mənbələr