AZ

9 Noyabr Azərbaycanın dövlətçilik tarixinin şərəf simvoludur- ÖZƏL

"Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Prezident İlham Əliyev 17 noyabr 2009-cu ildə hər il 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu baxımdan artıq ənənə halını almış 9 Noyabr - Bayraq Günü Azərbaycan dövlətçilik tarixinə mübarizlik, şərəf, fərəh simvolu kimi daxil olub". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib:
"Bayraq sevgisi Vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev qeyd edib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". Azərbaycan xalqı bu gün bayrağın altında birləşərək öz dövlətinə olan sevgisini bir daha nümayiş etdirir. Bayraq, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əmanətidir və onların ruhuna olan hörmətin təzahürüdür. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə bayrağımız ən yüksək zirvələrdə dalğalanıb. Gənc nəsil üçün bayraq sevgisi, Vətənə və xalqa olan bağlılığın ifadəsidir və bu istiqamətdə maarifləndirmə işləri genişlənir. Dövlət Bayrağı Günü, xalqımızı bir araya gətirən, onun dəyərlərini yaşadan və gücləndirən bir simvol kimi əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr