AZ

Bank “BTB” Zəfər Günü münasibəti ilə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyi ilə korporativ sosial məsuliyyət çərçivəsində sərgi təşkil etdi. Bu sərgidə autizm və daun sindromlu uşaqlar bankın Zəfər Gününə öz rəngli xəyalları və yaradıcılıq

Bank “BTB” Zəfər Günü münasibəti ilə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyi ilə korporativ sosial məsuliyyət çərçivəsində sərgi təşkil etdi. Bu sərgidə autizm və daun sindromlu uşaqlar bankın Zəfər Gününə öz rəngli xəyalları və yaradıcılıqları ilə töhfə verdilər. Gənc istedadlar Zəfər Gününün rəmzinə çevrilmiş Şuşa Qalasının, Qəhrəman xalqın yüksələn bayrağının təsvirləri ilə yanaşı Bank “BTB” yə dair bir-birindən rəngərang rəsmlər təqdim etdilər.

6 Noyabr 2024-cü ildə Bank “BTB”-nin baş ofisində  baş tutan tədbirdə Bank BTB-nin rəhbərləri və qonaqlar sərgidə iştirak etdilər. Qonaqları salamlayan Biznesin İnkişafı və Marketinq departamentinin rəhbəri Aynur Nurəliyeva, bu unikal sərginin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verdi.

Bank BTB-nin İdarə heyəti sədri v.i.e. Eldəniz Hüseynov tədbirin açılışında çıxış edərək Bank BTB-nin sosial məsuliyyətinə olan bağlılığını vurğulayıb və bu layihənin bankın əməkdaşları ilə birgə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında mənəvi bir körpünün yarandığını qeyd etdi. Eldəniz Hüseynov: “Bank “BTB”, qurulduğu gündən etibarən yalnız maliyyə sektorunda deyil, həm də sosial məsuliyyət layihələrində fəal iştirak etməyi özünün prioritetlərindən biri hesab edir. Bu sərgi, bankın davamlı olaraq həyata keçirdiyi sosial layihələrin bir parçası kimi, autizm və daun sindromlu uşaqlara dəstək göstərmək və onların yaradıcılığını cəmiyyətə tanıtmaq məqsədi daşıyır.”

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
0
2
banco.az

3Mənbələr