AZ

Türkiyə MN Azərbaycanı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr Zəfər Günü 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk brifinq zamanı deyib.

""İki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə birlikdə olduğumuz Azərbaycanı 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
4
olaylar.az

5Mənbələr