Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsi bu gün günortadan sonra Trump Media & Technology Group-un səhmlərinin bahalaşmasına səbəb olub.
Belə ki, Trump Media səhmləri təxminən 8 faiz artaraq 37 dollardan bir qədər aşağı olub. Trampın Trump Media-dakı təxminən 57 faizlik payının dəyəri – cəmi 114,75 milyon səhm – təxminən 290 milyon dollar artaraq 4,1 milyard dollara çatıb.