AZ

“Trampın gəlişi ilə Britaniya ilə ABŞ arasında münasibətlər soyuqlaşacaq”- “Bloomberg”

Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezidenti seçilməsi London və Vaşinqton arasında xüsusi münasibətləri təhlükə altına qoyub.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg”in köşə yazarı Edrian Vuldric yazıb.

Onun fikrincə, Tramp yanvar ayında vəzifəyə gəldikdə, Britaniya rəsmilərinin Ağ Evdə İkinci Dünya müharibəsindən bəri hər zaman olduğundan daha az dostu olacaq.

“Britaniyanın xüsusi transatlantik əlaqələri soyuyacaq. ABŞ prezidenti Co Bayden illərini xarakterizə edən simpatiya artıq olmayacaq”, – müəllif yazır.

Nəşr qeyd edi ki, Böyük Britaniya ABŞ-la münasibətlərinə Avropanın istənilən ölkəsi ilə müqayisədə çox sərmayə yatırır: “Transatlantik Alyans Britaniyanın müdafiə strategiyasının əsasını təşkil edir və ölkələr sıx iqtisadi və siyasi əlaqələr saxlayır. Eyni zamanda Tramp Böyük Britaniyada hakim Leyboristlər Partiyasının rədd etdiyi hər şeyi təcəssüm etdirir: qeyri-qanuni miqrantların deportasiyası və irqçilik”.

Azpost.info

Seçilən
21
azpost.info

1Mənbələr