Frenk Lempard “Roma”nı çalışdıra bilər.
“La Gazzetta dello Sport”un xəbərinə görə, ingilis mütəxəssis paytaxt klubunun baş məşqçi postuna əsas namizədlərdən biridi. Qeyd edək ki, “Roma”nın hazırkı baş məşqçisi İvan Yuriçin tezliklə istefaya göndəriləcəyi gözlənilir. Onun fəaliyyəti klub rəhbərliyini qane etmir. Belə ki, “Roma” A seriyasının 11-ci turunda “Verona”ya uduzub (2:3).
Son 4 çempionat oyunundan 3-də məğlub olan komanda hazırda 13 xalla 12-ci yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta