AZ

Tramp administrasiyasına namizəd ermənipərəst Rubio kimdir?- Maraqlı FAKTLAR  

ABŞ-li senatorlar Marko Rubio və Uilyam Haqerti, yeni prezident Donald Trampın gələcək administrasiyasında dövlət katibi postuna namizəddirlər. Nəzərə alsaq ki, ABŞ-nin Azərbaycanla münasibətləri, xüsusilə ayrı-ayrı diplomatların, senatorların ölkəmizə yanaşması hər zaman diqqət mərkəzində olur, namizədlərin tərcümeyi-halına nəzər yetirmək maraqlı olar.

Musavat.com namizədlərin diplomatik karyerası ilə bağlı bəzi məqamları oxucuların diqqətinə çatdırır.

Marko Rubio Respublikaçılar Partiyasının üzvüdür, 2011-ci ildən Floridadan ABŞ senatorudur.

 Marko Rubio Azərbaycana qarşı mövqeyi ilə seçilən senatorlardandır. O, ötən il Azərbaycana qarşı bəyanat səsləndirmişdi. Senator, Aleks Padilla ilə birgə bəyanat yayaraq Azərbaycanın antiterror əməliyyatını saxta bəhanə adlandırıb, bunu atəşkəslə bağlı öhdəliklərin pozulması kimi dəyərləndirib. Ümumiyyətlə, Rubio bir neçə dəfə Azərbaycan əleyhinə fikirlər səsləndirib. 

Uilyam Haqerti isə 2017-ci ildən 2019-cu ilə qədər ABŞ-nin Yaponiyadakı səfiri olub. “Hagerty Peterson&Company”nin idarəedici direktoru və həmtəsisçisi olub. 2021-ci ildən senatda Tennessi ştatını təmsil edir. 2016-cı il prezident seçkilərində Haqerti Donald Trampın kampaniyasında iştirak edib. Hətta ABŞ-nin ticarət məsələləri üzrə nümayəndəsi vəzifəsinə namizədliyinə baxılırdı. Senatorun Azərbaycana münasibəti ilə bağlı mediada hər hansı məlumata rast gəlinmir. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr