AZ

AFFA hakimi təhqir edən baş məşqçiyə bu cəzanı verdi

style='margin-bottom:10px;'>

AFFA “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovu sərt cəzalandırıb.

QOL.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edilib.

R.Hüseynov 2-ci Liqanın 9-cu turunda “Füzuli” ilə oyunun 43-cü dəqiqəsində hakimi təhqir edib. O, birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi isə baş məşqçini bu hərəkətinə görə 5 oyunluq cəzalandırıb. “Ağdaş”  isə 400 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən görüşdə "Ağdaş" 2:1 hesablı qələbə qazanıb.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr