AZ

Pişiklər körpələrdən daha sürətli öyrənirlər -  Araşdırma

Pişiklər Pişiklər körpələrdən daha sürətli öyrənirlər -

Yeni bir araşdırma, pişiklərin sözləri körpələrdən daha sürətli öyrəndiyini ortaya çıxarıb.

E-saglam.az xəbər verir ki, Euronews-da yer alan xəbərə görə, elm adamları 1990-cı illərdə 14 aylıq körpələrdə dil inkişafını araşdırmaq üçün istifadə edilən təcrübədə pişiklərin dil qabiliyyətlərini sınaqdan keçiriblər.

Tədqiqat göstərib ki, pişiklər müəyyən obyektlər və ya şəkillər üçün istifadə olunan sözləri həmin obyektlərlə əlaqələndirməyi və onları körpələrdən daha tez başa düşməyi öyrənə bilirlər.

Körpələr üzərində aparılan araşdırmada şəkil-söz cütü üçün 20 saniyə davam edən ən azı dörd sınaq aparılıb. Yaponiyanın Abazu Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmada pişiklərin 9 saniyəlik iki animasiya ilə öyrənə bildiyi görülüb.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Seçilən
16
e-saglam.az

1Mənbələr