Şanlı qələbəmizin dördüncü il dönümünüböyük qürurla, sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edirik.
Dörd il bundan əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyirəşadətli Azərbaycan Ordusu44 gün ərzində torpaqlarımızı işğaldan qurtardı,"döyükən erməni hərbiçisi" mifini fərari erməni hərbiçisi reallığı ilə dəyişdirdi, işğalçıErmənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusubu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!
Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi böyüdü, qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.
Haqqın təntənəsi, ədalətin zəfəri olan butarixi qələbəhəm də, bəşəriyyəti "əzabkeş erməni xalqı" maskası arxasında gizlənmiş erməni faşizmindən xilas etdi.
Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi.
Bu qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü.
Bu qələbə nəticəsindəbeynəlxalq nüfuzumuz daha da yüksəldi, şöhrətimiz, hörmətimiz artdı.
Bu qələbə işğalçı Ermənistana və onun havadarlarına dərs verməklə yanaşı,dünya hərb sənətinə yeni tövhələr verdi. Şuşanın işğaldan azad edilməsi isə müharibələr tarixində nadir uğurlu əməliyyat kimi hərb dərsliklərinə yazıldı.
Bu qələbənin davamı və məntiqi nəticəsi olaraq2022- ci ilin 12- 13 sentyabrında qəhrəman Milli Ordumuzdüşmən nəzarətində olan bütün yüksəklikləri fəth
edrək sərhədlərimizi bərpa etdi, 2023- cü il sentyabrın 19- da isə 23 saatlıq antiterror əməliyyatı nəticəsində milli suverenliyimizi təmin etdi.
44 günlük Vətən müharibəsi və postmüharibə dövrü bizə bir daha dostlarımızı da, bədxahlarımızı da tanıtdı.
Postmüharibə dövründə şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi təmin olunmuş,Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə 4ildədövlət büdcəsindən 20 milyard manata yaxın vəsaitayrılmışdır. İşğaldan azad olunmuş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, tikilir,məcburi köçkün soydaşlarımız uzun illər həsrət qaldıqlarıata-baba yurdlarına dönürlər. Bu ilin sonuna 25 min soydaşımızQarabağa və Şərqi Zəngəzura qayıdıb məskunlaşacaqdır.
Bu qələbə, bu əzəmət, bu qürur, qayıdış sevinci üçünqəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq.
Bədxahlarımızın, xüsusi ilə, Fransanınterrorçu Ermənistana patoloji tərəfkeşliyinə rəğmən , biz məğlub Ermənistanı sülh müqaviləsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun planlaşdırdığı, lakin həyata keçirməyə imkan tapa bilmədiyi bütün işləri , xüsusən, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması problemini oğlu və siyasi varisi prezident İlham Əliyev böyük uğurla həyata keçirmişdir və bu siyasət davam etməkdədir.