AZ

Bu ölkədə 16 yaşdan aşağı şəxslər sosial mediaya girə bilməz

Avstraliya hökuməti uşaqların sosial mediadan istifadə etməyə başlaması üçün 16 yaş məhdudiyyəti qoyacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Albanese bu qanunun bu il parlamentə təqdim ediləcəyini açıqlayıb.

Avstraliya hökuməti uşaqların sosial mediadan istifadə etməyə başlaması üçün 16 yaş həddi qoymağı və platformaları buna əməl etməyə görə məsuliyyət daşımağı düşünür. 

16 yaş məhdudiyyəti qoyacaq qanunun bu il parlamentə təqdim edilməsi gözlənilsə də, Albanese yaş məhdudiyyətinin qanunun qəbulundan 12 ay sonra qüvvəyə minəcəyini bildirib.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
16
milli.az

1Mənbələr