AZ

“Üçrəngli şanlı bayrağım”

Xətai rayonunda bu mövzuda keçirilən bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

Noyabrın 7-də Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Gənclərin Respublika Bədii Yaradıcılıq Evi publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilən “Üçrəngli şanlı bayrağım” mövzusunda bədii qiraət müsabiqəsinə yekun vurulub. Dövlət Bayrağı Gününə həsr olunan və iki yaş qrupu üzrə keçirilən müsabiqənin ikinci mərhələsində rayonun ümumtəhsil məktəblərindən 60-a yaxın şagird iştirak edib. Qaliblər tanınmış mədəniyyət və incəsənət xadimlərindən, müəllimlərdən, ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunub.
Tədbirlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, dövlət başçısı İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu gün qalibiyyət rəmzi olan üçrənğli Bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə dalğanlanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Müzəffər Adi Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərimizə ilk səfəri Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Bayrağımız qürur mənbəyimizdir, azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimzi nümayiş etdirir.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, dövlətimizin şanlı üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir.
Daha sora tədbirdə musiqili bədii kompazisiya təqdim olunub. Qaliblər şeirlərini deyib, uşaqlar mahnılar oxuyub və rəqs nömrələri təqdim ediblər. Tədbirin yekununda hər yaş qrupu üzrə I, II, III yerlərin qalibləri və həvəsləndirici yerə layiq görülmüş iştirakçılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Seçilən
6
sesqazeti.az

1Mənbələr