Rusiya beşinci nəsil Su-57E qırıcısını 12-17 noyabr tarixlərində Çində keçiriləcək “Zhuhai Air Show-2024” aviasiya sərgisində nümayiş etdirəcək.
“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, bununla da Su-57E qırıcısı ölkə xaricində ilk dəfə təqdim olunacaq.
Həmçinin Su-57E qırıcısı “Zhuhai Air Show-2024” sərgisində nümayiş uçuşu da həyata keçirəcək.