Bugünlərdə paytaxtın Heydər Əliyev prospektində baş vermiş zəncirvari qəzanın görüntüləri yayılıb.
Redaktor.az xəbər verir ki, görüntülərdən yolun piyadaların hərəkəti üçün nəzərdə tutulmamış yerindən keçən qadının ağır qəzaya şərait yaratması məlum olur.
Belə ki, piyada keçidinin 20-30 metrliyində prospektin hərəkət hissəsinə çıxan qadını avtomobil vuraraq yolun əks hərəkət istiqamətinə atıb. Bu zaman hadisədən yayınmaq istəyən həmin avtomobil, eləcə də əks tərəfdən gələn digər maşınlar bir-biri ilə toqquşublar. Nəticədə avtomobillərin biri aşıb, digərlərinə də ciddi ziyan dəyib.
Hadisəni əks etdirən görüntüləri təqdim edirik: