AZ

Necə oldu ki, “tabutik” erməni Arakelova çevrildi? - ETİRAF

"Dedim, ay Ramiz müəllim, gül kimi “Tabutik” adım var, sən istəyirsən küçədə mənə “erməni” desinlər?"

Bunu Xalq artisti Məbud Məhərrəmov deyib.

O, “Ramiz Həsənoğlunun quruluş verdiyi “Nigarançılıq” teletamaşasında erməni obrazı Arakelovu canlandırmasından danışıb:

“O vaxt Moskvadan yeni qayıtmışdım, çox ağır cərrahiyyə əməliyyatı keçirmişdim. Vəziyyətim yaxşı deyildi, bütün günü evdə olurdum. Günlərin bir günü Ramiz müəllim zəng edib bizə gəldi, “Nigarançılıq” barədə danışdı və erməni rolunu təklif etdi.

Dedim, ay Ramiz müəllim, gül kimi “Tabutik” adım var, istəyirsən küçədə mənə “erməni” desinlər? Amma sonradan razılaşdım.

Ramiz müəllim məşq üçün səhnənin maketini də evimizə gətirirdi. Bu rol elə də böyük deyildi. Mən onun üzərində işlədim, müəyyən əlavələr elədim. Axırda Ramiz müəllim dedi ki, daha bəsdir, saxla, deyəcəklər, ermənini baş qəhrəmana çevirirsən. İndi də titrlərdə birinci Qurbanəli bəyin adı yazılır, qarşısında Yaşar Nuri, ikinci - Arakelov, qarşısında da Məbud Məhərrəmov”.

Mənbə: yenisabah.az

Seçilən
4
4
yenisabah.az

5Mənbələr