AZ

Trampın qələbəsi Ukrayna müharibəsinin sonunu gətirə bilər - "The Spectator"

Donald Trampın prezident seçilməsi Ukraynada müharibənin sona çatmasına səbəb ola bilər. Lakin çox güman ki, bu, Rusiya rəhbəri Vladimir Putinə üç illik münaqişə zamanı ələ keçirilən ərazilərin çoxuna nəzarəti saxlamağa imkan verən şərtlərlə başa gələcək.

Bu barədə britaniyalı tarixçi və jurnalist Ouen Metyus “The Spectator” jurnalına yazdığı məqalədə qeyd edib. Onun sözlərinə görə, bir çox ukraynalılar üçün bu, Qərbdən xəyanət və kürəkdən sancılan bıçaq zərbəsi kimi görünəcək ki, bu da illərlə hiddət və inamsızlığa səbəb olacaq.

Eyni zamanda, digərləri hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını Ukraynanın infrastrukturu və iqtisadiyyatını bərpa olunmaz zərərdən qorumaq kimi görəcək. Bu gediş iqtisadiyyatın gələcəyini qorumaq ümidi kimi görüləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Seçilən
37
50
news365.az

10Mənbələr