AZ

TDT və Afrika İttifaqı arasında əməkdaşlıq inkişaf etdiriləcək

Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının Bişkekdə keçirilən XI Zirvə görüşündə regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, iclasda TDT və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair qərar qəbul edilib. Razılaşmaya əsasən, bu, regional qarşılıqlı fəaliyyət üçün möhkəm təməl rolunu oynayacaq.

Təşkilatlar arasında Birgə zirvə toplantısının çağırılması istiqamətində də fəaliyyət göstərilməsi üçün uyğun tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib.

Ekspertlərə görə, bu, türk dünyası ilə Afrika arasında əməkdaşlığın güclənməsi və genişlənməsi istiqamətində mühüm addım sayıla bilər. Belə bir addım TDT-nin beynəlxalq təşkilatla əlaqələr baxımından əhəmiyyətli sayıla bilər. Çünki Afrika İttifaqı da müəyyən mənada məhdud fəaliyyətlə məşğul olur.

Qeyd edək ki, Afrika İttifaqı 2002-ci il iyulun 9-da yaradılıb. Quruma Afrikanın 55 ölkəsi daxildir. Bu həm də Afrika Birliyi Təşkilatının hüquqi varisidir. 2011-ci ilin yanvarında Azərbaycana İttifaqda müşahidəçi statusu verilib. İttifaqa üzv dövlətlər təbii şəraitləri yanaşı, zəngin sərvətə və böyük bazar malikdir. Onlar vaxtı ilə müstəmləkə rejimlərindən çoxsaylı məhrumiyyətlərə məruz qalıblar.

Beynəlxalq Münasibətlər və Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin Afrikanın əksər ölkəsində səfirlikləri fəaliyyət göstərir. İqtisadi əlaqələrlə yanaşı, hərbi əlaqələr də dərinləşdirilir.

Ekspert vurğulayıb ki, ümumilikdə Afrikanın 50-yə yaxın dövləti ilə Türkiyənin iqtisadi əlaqələri var. Eyni proses Azərbaycana da aiddir:

"Türk Dövlətləri Təşkilatının xarici siyasət istiqamətlərinə toxunan ekspert vurğulayıb ki, Azərbaycan Afrikanın bir sıra ölkələri ilə həm diplomatik, həm də siyasi-iqtisadi əlaqələrə malikdir və münasibətlər yüksələn xətt üzrə gedir. TDT-nin digər türk dövlətlərinin, məsələn Qazaxıstan, Özbəkistan, Qırğızıstanın da Afrika ilə əlaqələri formalaşır. Afrika dövlətləri ilə TDT arasında əlaqələrin inkişafı son nəticədə siyasi-iqtisadi və hərbi-mədəni münasibətləri daha dərinləşdirəcək. Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı, 4 il quruma rəhbərlik etməsi, təşkilatda Afrikanın çoxsaylı ölkəsinin yer alması TDT dövlətləri ilə Afrika ölkələri arasında əlaqələrə töhfə verə bilər".

Samir Hümbətov,  Beynəlxalq Münasibətlər və Araşdırmalar Mərkəzinin rəhbəri

Analitik vurğulayıb ki, Fransanın uzun illər Afrika regionunda apardığı soyqırım, müstəmləkə, assimilyasiya siyasətinə qarşı ən ciddi və adekvat cavabı Azərbaycan verib:

"Ölkəmiz Afrikanın bəzi ərazilərində aparılan müstəmləkiçilik siyasətini tənqid etməklə yanaşı, bölgə xalqarının hüquqlarının bərpa olunması məsələsini də gündəmə gətirib. Biz bu məsələni Türk Dövlətləri Təşkilatı çərçivəsində də qaldırmaqla, Afrika ölkələri ilə TDT arasında əlaqələrin yaranmasına və inkişafına nail ola bilərik. Hazırda TDT-nin çoxvektorlu xarici siyasət yürütməsinə böyük imkanlar var. Avropa və Asiya ölkələri ilə münasibətlərin dərinləşməsinə önəm verdiyimiz kimi eyni prosesi Afrika üzərindən də həyata keçirməliyik".

Aydın Baxış

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr