AZ

Aİ-nin COP29-dan uzaqlaşması: Azərbaycanla strateji tərəfdaşlıqda nə dəyişəcək?- ÖZƏL

"Son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu durmadan artır. Rusiya-Ukrayna müharibəsi fonunda Avropada kəskinləşən ciddi enerji böhranı Avropa İttifaqına daxil olan ölkələrin ölkəmizə olan ehtiyacını diqqət mərkəzinə gətirir. Çünki Rusiya qazından ciddi asılılığı olan Avropa ölkələri enerji böhranı yaşadığı üçün, üz tutduqları dövlətlərdən biri də Azərbaycandır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Xatırlayırıq ki, 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdı. Mərasimdə çıxış edən Ursula Fon der Lyayen Azərbaycanı etibarlı və etimad doğuran mühüm enerji tərəfdaşı adlandırmışdı. Lakin son yayılan xəbərə əsasən, o mötəbər COP29 konfransında iştirak etməyəcək. Əgər belə olarsa, bu qərar Avropa İttifaqının qlobal iqlim böhranında birgə səylər göstərmək niyyətinin olmamasını ortaya qoyacaq, həmçinin Aİ-nin nüfuzuna mənfi təsir edəcək, təşkilat daxilində fikir ayrılıqlarını artıracaq. 
Eyni zamanda, Rusiyadan qaz təchizatının həcmini azaltmağı hədəfləyən Avropa İttifaqının ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən qlobal iqlim konfransında iştirakı öz nüfuzunun qorunması, birliyinin möhkəmləndirilməsi və fikir ayrılıqlarının aradan qaldırılması baxımından önəmlidir".

Siyasi şərhçi Azərbaycanla Avropa İttifaqı arasında imzalanan memorandumda digər mühüm məqamı da qeyd edib:

"Azərbaycanla Avropa İttifaqı arasında imzalanan memorandumda digər mühüm məqam isə bərpaolunan enerji ilə bağlıdır ki, bu da əməkdaşlığın iqlimlə bağlı məsuliyyətini gündəmə gətirir. Belə ki, Memorandumda bütün qaz təchizatında metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutulmuşdu. Hətta Ursula Fon der Lyayen Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət etmişdi. Bu il Azərbaycan fevralın 28-də "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu elan edib. Bütün nəcib və dünyanın gələcəyi baxımından həyati əhəmiyyət kəsb edən proseslərdə fəal iştirak edən Azərbaycan öz addımları ilə beynəlxalq səviyyədə niyyətini aydın şəkildə göstərir.  
COP26, COP27 və sonuncu COP28 konfranslarında iştirak edib, müxtəlif təkliflərlə dünya ictimaiyyətini Aİ-nin qlobal hədəflərində irəliləyişə nail olmağa səsləyən Ursula Fon der Lyayenin ölkəmizdəki iqlim dəyişmələri tədbirində iştirak etməməsi Azərbaycana qarşı müntəzəm və planlı şəkildə aparılan qərəzli davranışın göstəricisi və davamı kimi dəyərləndirilə bilər. 
Ona görə də nüfuzlu Avropa ölkələrinin və təsisatlarının liderlərinin COP29-da iştirakdan müxtəlif bəhanələrlə yayınması ümumilikdə kollektiv Qərbin dünyanın gələcəyi baxımından birgə əməkdaşlığına, koordinasiyasına ciddi şəkildə zərbə vuracaq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr