AZ

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqdir - Anar Quliyev (FOTO)

Bakı. Trend:

Azərbaycan BMT-nin Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişafMəqsədlərinə sadiqdir.

Trend xəbərverir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriAnar Quliyev Qahirədə keçirilən 12-ci Ümumdünya ŞəhərsalmaForumunda (WUF12) baş tutan Nazirlər Toplantısında çıxışı zamanıqeyd edib

O, həmçinin, COP29 çərçivəsində irəli sürüləcək “MAP”təşəbbüsünün (Dayanıqlı və Sağlam Şəhərlər üçün MultisektoralFəaliyyət Yolları) əhəmiyyətinə və bu kontekstdə təsis olunacaqBakı Davamlılıq Koalisiyasının roluna diqqət çəkərək bildirib ki,bu, COP və WUF platformaları arasında sinerjinin təmin olunmasınamühüm töhfələr verəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Azərbaycan
Azərbaycan
Seçilən
35
1
az.trend.az

2Mənbələr