AZ

Trampın yüksəlişi İran üçün əsas problem olacaq – CNN

Trampın yüksəlişi İslam Respublikası qurulandan bəri İran üçün əsas problem olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə CNN öz analitik məqaləsində məlumat yayıb.

Nəşr yazır ki, Trampın yeni prezidentlik müddəti 1979-cu ildə qurulandan bəri İran İslam Respublikası üçün ən böyük sınaq ola bilər. Seçilmiş prezident Tehrana qarşı “maksimum təzyiq” kampaniyası aparacaq ki, bu da təcrid vəziyyətini artıra və ölkə iqtisadiyyatını sarsıda bilər.

Trampın seçilməsinin Netanyahuya İranın nüvə obyektlərinə zərbə endirmək imkanı verə biləcəyi vurğulanır.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Baqai Trampın qələbəsini “İranla bağlı keçmişdə buraxılmış səhvləri düzəltmək, həmçinin köhnə yanlış yanaşmalara yenidən baxmaq imkanı” adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr