AZ

“Dünyanın mənə verdiyi ikinci şans...”

İnfluenser Mehin Oktaylı (iconmekh) xəstəxanadan paylaşım edib.

OLAY yazır ki, boğazından əməliyyat olunan Mehin bu sözləri yazıb:

Həyat qəribədir, durmadan danışaraq özümü ifadə etdiyim bu yolda, danışa bilmədiyim kəlmələrin, duyğuların boğazımda düyümlənib, həyatımı necə dəyişəyəcəyini düşünməzdim, Var-gücümlə bütün duyğularımı ifadə etməyin nə qədər önəmli olduğunu göstərdi. Artıq ehtiyatım öz işığıma salacağım kölgə qorxusu, ifadə etməkdən çəkindiyim duyğularım, bəlkə görsəm də, dərk etmədiyim o möhtəşəm kainatda doğru yerdə kəsişdiyim ailəmdir. Şanslı olduğumu ve bu məsələnin artıq bitdiyini ümid edərək həyatıma daha gözəl şəkildə davam etməyə qərar vermişəm . Allaha çox şükür. Ailəm və dostlarıma min şükür. Pis günlər hər kəsi birləşdirər, artıq nə pis gün istəyirəm, nə də keçmişə baxmaq . Və ən böyük məqsədim mənimlə bu halı yaşayan hər kəsə daha pozitiv bir nümunə olmaq idi. Əks təqdirdə dram etməyi də sevmirsiniz. Bitti. Bitsin . Sizi sevirəm və bilirəm ki, ən çox da özümü sevməliyəm. Mən dünyanın verdiyi bu ikinci şansa etibar edirəm və sonda söyləmək istəyirəm ki, ürəyiniz istədiyi qədər deyin, ifadə edin və bildirin”.

Qeyd edək ki, Mehin boğazında şiş aşkarlandığnı yazmışdı.

Seçilən
62
olay.az

1Mənbələr