AZ

VİP pərakəndə xidmətlər üzrə departamentin eksperti - VAKANSİYA

“Unibank” KB ASC, VİP pərakəndə xidmətlər üzrə departamentin eksperti vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Təsvir:

  • VİP müştərilərə hər növ bank xidməti göstərmək;
  • VİP müştərilərə xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanmaq və bu təkliflərə baxılması üçün Departament Rəhbərinə təqdim etmək;
  • VIP müştərilərlə müntəzəm olaraq görüşlərin aparmaq və təşkil etmək;
  • VIP müştərilərin cəlb olunması üçün müxtəlif bank məhsulları/xidmətləri və fərdi bank xidmətləri bölməsinin digər xidmətləri bağlı prezentasiyalar hazırlanmaq və təşkil etmək;
  • VİP müştərilərə fərdi bank xidmətləri bölməsinin və investisiya məhsulları/xidmətləri üzrə məsləhətlər vermək;
  • Bankın VİP müştəriləri haqqında məlumat bazasının aparılmasına nəzarət etmək;
  • VIP müştərilərə lazımi məsləhətlərin verilməsi üçün bank xidmətləri bazarını və iqtisadi tendensiyaları təhlil etmək;
  • VIP müştərilərə xidmət göstərmək üçün bank tariflərinin hazırlanmasında iştirak etmək;
  • VIP müştəri hesablarının monitorinqinə nəzarət etmək;
  • VIP müştərilər haqqında analitik məlumatlar hazırlanmaq;
  • VIP müştərilərin tələblərinin yerinə yetirilməsi üçün şöbənin beynəlxalq və yerli tərəfdaşları ilə daimi sıx əlaqədə olmaq;
  • VİP müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi üçün bölmənin tərəfdaş şəbəkəsinin daimi genişləndirilməsi istiqamətində təkliflər hazırlamaq və Departament Rəhbərinə təqdim etmək.

Tələblər:

  • Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
  • Bank sektorunda müştərilərlə ən azı 3 illik iş təcrübəsi;
  • Bank işi və iqtisadi nəzəriyyə biliklər barədə məlumatlı olmaq;
  • Bütün növ Bank xidmətlərini bilmək;
  • Bank işi, müasir iqtisadi və maliyyə nəzəriyyəsi barədə məlumatlı olmaq;
  • Maliyyə bazarı alətləri barədə məlumatlı olmaq;
  • Bankdaxili qayda və təlimatları, Mərkəzi Bankın təlimatlarını bilmək;
  • Müştərilərlə iş təcrübəsi və ünsiyyət qurmaq bacarığı;
  • Kollektivlə ünsiyyət qurmaq bacarığı;
  • Problemlərin həllinə analitik yanaşma qabiliyyəti;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı; 
  • Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excell, Power point, Outlook Express və s.); 
  • Azərbaycan dili - Ana dili; İngilis dili - sərbəst danışıq və yazışma

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.

Zemfira Ms
Fins.az

Seçilən
68
21
fins.az

10Mənbələr