İsrail Müdafiə Nazirliyi \"Boeing Co” şirkətindən 25 ədəd yeni nəsil \"F-15” qırıcılarının alınması ilə bağlı 5,2 milyard ABŞ dollar dəyərində saziş imzalandığını açıqlayıb.
Bu barədə Müdafiə Nazirliyinin baş direktoru Eyalya Zamir bəyanat yayıb.
\"Yeni \"F-15IA” təyyarələrinin tədarükü 2031-ci ildə başlayacaq və ildə 4-6 təyyarə təhvil veriləcək\", - məlumatda bildirilib.
Bildirilib ki, təyyarələr silah sistemləri ilə təchiz ediləcək, yükdaşıma qabiliyyətinə və s. üstünlüklərə malik olacaq.
///Report