Bakı. Trend:
Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası MüdafiəNazirliyinin rəhbər heyəti hərbi polis bölmələrindən birinin daimidislokasiya məntəqəsini ziyarət edib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Nazirliyin rəhbərliyi burada xidmət edən hərbiqulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti və məişətşəraiti ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov xatirə kitabınaürək sözlərini yazıb.
Daha sonra nazirliyin rəhbər heyəti bölmənin nümayiş məşğələsiniizləyib.
Hərbi qulluqçularla görüşən nazirliyin rəhbərliyi onlarınqayğıları ilə maraqlanıb. General-polkovnik Z.Həsənov şəxsi heyətiqarşıdan gələn 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təbrik edib,onlara xidmətlərində uğurlar arzulayıb.
Nazirliyin rəhbər heyəti hərbi xidmətdə fərqlənən bir qrup hərbiqulluqçunu təltif edib.
Müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının, eləcə dəmaddi-texniki təminatı və sosial-məişət şəraitinin daha dayaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısındamüvafiq tapşırıqlar qoyub.
Sonda hərbi hissənin ərazisində xatirə ağacları əkilib.