Siyavuş Əşrəf oğlu Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənəddə qeyd edilib ki, S.Kərimiyə Prezident təqaüdü onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təyin edilir.