AZ

Şahmatçılarımız Avropa çempionatında İŞTİRAK EDƏCƏKLƏR

Noyabrın 8-də Monteneqronun Petrovaç şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan qitə çempionatında 22 şahmatçı ilə təmsil olunacaq.
Avropa çempionatında Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə mübarizə aparacaq.

Qeyd edək ki, noyabrın 19-da yekunlaşacaq Avropa çempionatında ümumilikdə 42 ölkə təmsil olunur.

Bizim.Media

Seçilən
2
23
bizim.media

10Mənbələr