Ukrayna Rusiya ilə danışıqların təşkilində müttəfiqlərindən kömək istəmir, əvvəlkitək danışıqlara nə vaxt başlayacağına özü qərar vermək niyyətindədir.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitində deyib.
"Bizə danışıqlarda dəstək yox, kifayət qədər silah lazımdır”, - deyə o vurğulayıb.