AZ

Fransa klubu baş məşqçisiz qalıb

"Renn" klubu baş məşqçisi Cülyen Stefanla yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssisin qovulmasına komandanın qeyri-qənaətbəxş nəticələri səbəb olub.

Son altı görüşdə “Renn” yalnız bir qələbə qazana bilib. Hazırda "Renn"in 11 xalı var və turnir cədvəlində 13-cü yeri tutur. Stefanın yerinə kimin keçəcəyi hələlik məlum deyil.

Seçilən
32
90deqiqe.az

1Mənbələr