Ermənistandakı Avropa İttifaqı missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.
Belə ki, bu gün saat 09:26 radələrində Avropa İttifaqının 3 “müşahidəçisi” Aİ-yə məxsus 1 ədəd “Toyota” markalı avtomobildə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər.
Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə Gorus rayonu Kornidzor kəndi isdiqamətinə qayıdıblar.
Müşahidə Laçın rayon Fətəlipəyə kəndi istiqamətinə doğru aparılıb.
Medianews.az Trend-ə istinadən “müşahidəçilərin” ərazilərimizi izləməsinin görüntülərini təqdim edir: