AZ

ETSN-də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

8 Noyabr - Zəfər Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini dərin ehtiramla anıb, məzarları önünə gül dəstələri düzüblər.
Bu barədə "Sherg.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Daha sonra Nazirlikdə çalışan şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşdə torpaqlarımızın işğaldan azad olunmasında şücaət və qəhrəmanlıq göstərən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışılıb, qüdrətli ordumuzdan, Azərbaycan igidlərinin misilsiz qəhrəmanlığından söz açılıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsinin heç bir zaman unudulmayacağı vurğulanıb.
Sonda şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Seçilən
17
11
sherg.az

10Mənbələr